Hacıyevski həm nəticədən, həm də oyundan razıdır

Hacıyevski həm nəticədən, həm də oyundan razıdır
PREMYER LİQA 21 Fevral 2009 / 18:43 4805
-  A +

«Bu gün komandamız çox gözəl oyun sərgilədi. Həm oyundan, həm də nəticə tam razı qaldım». Qol.Az-ın məlumatına görə, bu sözləri «Neftçi» ilə oyunsonrası mətbuat konfransında «Bakı»nın baş məşqçisi Coko Hacıyevski deyib. Makedoniyalı mütəxəssis rəqibin də oyununu yüksək qiymətləndirib: «Bilirdik ki, «Neftçi» birinci dövrədəki komanda deyil. Qış fasiləsində xeyli güclənib. Buna görə də oyuna ciddi hazırlaşmışdıq. Matç çox maraqlı alındı. Hər iki tərəf meydana 3 xal üçün çıxmışdı. Buna görə də oyun gərgin alındı. Amma futbolçularımız daha güclü olduqlarını vurduqları 2 qolla sübut etdilər».    

 

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı