Zaur Tağızadə böyük futbolla "böyük oyun"da vidalaşacaq

Zaur Tağızadə böyük futbolla "böyük oyun"da vidalaşacaq
ÖLKƏ FUTBOLU 2 Mart 2011 / 12:55 2169
-  A +

Mayın 19-da Bakıda keçiriləcək "Neftçi"- "Xəzər Lənkəran" qarşılaşmasından əvvəl Zaur Tağızadənin futbolla vidalaşmaq tədbiri təşkil olunacaq. Qol.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytına "Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Əşrəfoğlu məlumat verib.

Departament rəisi tədbirdə bir çox planların həyata keçiriləcəyini bildirib:"Neftçi"nin prezidenti Sadıq Sadıqov həmişə həyatını idmana həsr edənləri, futbol veteranlarını xüsusi diqqətdə saxlayır və onlara qayğısını hər zaman nümayiş etdirir. Bilirsiniz ki, Zaur Tağızadə həm "Neftçi"də, həm də milli komandada göstərdiyi ustalıqla 10 minlərlə futbolsevərlərin rəğbətini qazanıb.

Klub prezidenti zədəsi səbəbiylə yaşıl meydanlardan uzaqlaşan Zaur  Tağızadə ilə görüşərək, onun flaqmanda məşqçi kimi çalışmasını istədi. Məhz həmin görüşdən sonra "Qızıl oğlan" əvəzedicilərimizdən ibarət komandamızda məşqçi kimi yenidən "Neftçi"yə xidmət göstərməyə başladı.

Klub rəhbərliyi 19-cu Azərbaycan Premyer Liqasının son turunda baş tutacaq "Neftçi"-"Xəzər Lənkəran" matçında  Zaur Tağızadənin futbolla vidalaşma mərasimini təşkil edəcək".

 

 

Daha çox


Son xəbərlər
17.11.18  02:10

Qol.az 10 yaşında!

16.11.18  16:10

Ramos 100-ə çatdı