Devid Bekhem "Tottenhem"dən ayrılır

Devid Bekhem "Tottenhem"dən ayrılır
XƏBƏR 22 Fevral 2011 / 12:43 2252
-  A +

Amerikanın "Los Angeles Qalaksi" klubunun yarımmüdafiəçi Devid Bekhem yaranmış fasilə ilə əlaqədar olaraq formasını saxlamaq üçün yenidən ölkəsinə qayıtmışdı. Qol.Az-ın məlumatına görə,  İngiltərənin "Tottenhem" klubunda məşqlərini davam etdirən Bekhem artıq hazırlığını tamamlayaraq yenidən Amerikaya qayıdacaq.

Təxminən 6 həftə "Tottenhem"də hazırlıq keçən Bekhem klub rəhbərliyinə və məqçilərə öz minnətdarlığını bildirib: "Burada olduqca xoş günlər keçirdim. Baş məşqçi və bütün futbolçulara təşəkkürümü bildirirəm. İnanıram ki, hər şey onların istədiyi kimi olacaq. "Tottenhem"ə gələcək oyunlarda uğurlar arzulayıram".

Qeyd edək ki, Bekhem 2007-ci ildən "Los Angeles Qalaksi"nin şərəfini qoruyur.


Son xəbərlər