"Beşiktaş" - "Fənərbaxça" (VİDEO)

VİDEO 21 Fevral 2011 / 12:25 3523
-  A +

Türkiyə Superliqasının sonuncu turu çərçivəsində dünən keçirilən "Beşiktaş" - "Fənərbaxça" oyunu daha çox gərginlyiyi ilə yadda qalıb. Qol.Az-ın məlumatına görə, matçın ilk 30 dəqiqəsində "Fənərbaxça", növbəti 30 dəqiqədə isə "Beşiktaş" üstün oyun nümayiş etdirib. İlk hissəsi 1:1 hesabı ilə bitən matçın ikinci hissəsinə "Beşiktaş" daha yaxşı başlayıb. Bunun məntiqi nəticəsi olaraq "qara qartallar" tezliklə hesabda önə keçiblər. Lakin "Beşiktaş"lı futbolçunun meydandan qovulmasından sonra isə "Fənərbaxça" oyunda nəzarəti ələ alaraq qarşılaşmada dönüş yarada bilib. Aleksin het-triki sayəsində "Fənərbaxça" oyundan 4:2 hesabı ilə qalib ayrılıb. Həmin qolları sizə təqdim edirik.



Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı