«Neftçi»nin düşərgəsində daha bir futbolçu

XƏBƏR 23 Noyabr 2008 / 18:26 4126
-  A +

«Neftçi» baxışa yeni futbolçular dəvət etməkdə davam edir. Qol.Az-ın məlumatına görə, hazırda paytaxt klubu belaruslu Vladimir Şakovu sınaqdan keçirir. 24 yaşlı forvard Belarus çempionatının güclülər dəstəsində mübarizə aparan Codino «Torpedo»sunun formasını geyir. Belarusa səfər edən «Neftçi»nin məşqçisi Böyükağa Ağayev bu komandanın son oyununu izləyib. Qeyd edək ki, noyabrın 20-də Belarus kubokunun 1/8 final mərhələsində «Torpedo» öz meydanında «Vitebsk»ə 1:3 hesabı ilə məğlub olub. «Torpedo»nun yeganə qoluna Şakov imza atıb. «Torpedo» hazırda turnir cədvəlində 16 komanda arasında 13-cü yeri tutur. Şakov mövsümün əvvəlində Cddino klubuna birinci dəstədə çıxış edən «Savit» komandasından transfer edilib. Hüjumçu «Savit»in heyətində Belarus çempionatının birinci dəstəsində ən sərrast oyunçu olub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord