Ramiz Məmmədov: «Bəxt bizdən üz döndərdi»

XƏBƏR 23 Noyabr 2008 / 16:35 4022
-  A +

«Bugünkü oyunda bəxt bizdən üz döndərdi». Qol.Az-ın məlumatına görə, bu sözləri «Qəbələ» klubunun baş məşqçisi Ramiz Məmmədov «Simurq»la oyundan sonra keçirilən mətbuat konfransında söyləyib. Komandasını yaxşı oynadığını söyləyən R.Məmmədov futbolçularını təşəkkür edib. O, «Turan»la qarşıdakı oyunun «Qəbələ» üçün çətin keçəcəyini söyləyib: «Amma çalışacağıq ki, həmin oyunda qələbə qazanıb qış fasiləsinə gülərüzlə gedək».


Son xəbərlər