«Bakılı» - «Neftçi»: məşqçilərin fikirləri

XƏBƏR 23 Noyabr 2008 / 16:27 4148
-  A +

Qol.Az-ın əməkdaşının məlumatına görə, bu günkü «Bakılı» - «Neftçi» qarşılaşmasından sonra hər iki komandanın məşqçiləri mətbuat konfransında jurnalistlərə açıqlama veriblər:

Hans Gede («Neftçi»):

- Məqsədimiz qələbə qazanmaq idi. Oyunun birinci hissəsində üstünlüyü ələ aldıq və matç başlayan kimi bir qol vurduq. İkinci qoldan sonra isə artıq oyunun taleyini həll etdik. Rəqib komanda nə qədər irəli atılsa da, cəhdləri alınmadı. Komandamızın gənc üzvlərindən razıyam. Gənclər klubumuzun gələcəyidir.

Bəxtiyar Qulamov («Bakılı»):

- Bakılı»nı «Neftçi»lə müqayisə etmək olmaz. Biz gənc komandayıq. Arzumuz budur ki, «Bakılı» da «Neftçi» kimi oynayıb ona çatsın. Biz gənc komanda olduğumuz üçün legionerlərə üstünlük vermirik. Fəxr edirik ki, bu gün start heyətindəki bütün 11 oyunçu azərbaycanlı idi. 

Daha çox


Son xəbərlər