Coko Hacıyevski: “Neftçi” indi ilk dövrədəki komanda deyil»

Coko Hacıyevski: “Neftçi” indi ilk dövrədəki komanda deyil»
PREMYER LİQA 19 Fevral 2009 / 11:47 4587
-  A +

“Bakı”nın baş məşqçisi Coko Hacıyevski komandasının premyer-liqadanın ikinci dövrəsindəki ilk oyunu və gələcək planları barədə Qol.Az-a müsahibə verib


- MOİK-lə oyunda futbolçularınızın oyunundan razı qaldınız?
- Narazı qalmadım. Oyuna ciddi hazırlaşmışdıq. İlk hissədə üstün oynadıq, nəticədə qol vurduq. Sonradan pressinqi artırdıq və 2-ci, 3-cü qolu da rəqibin qapısından keçirdik. Bizim üçün əsas olan 3 xal idi ki, onu da qazandıq.
- Yeni transferləriniz barədə nə deyə bilərsiniz?
- Hamısı yaxşı oynadı. Komandanın qələbəsi üçün can yandırdılar və deyərdim ki, özlərini yaxşı tərəfdən göstərməyə nail oldular.
- Adamiya matçdan sonra verdiyi açıqlamasında həyəcanlı olduğunu demişdi...
- O da yaxşı oynadı. Mən elə bir şey hiss etmədim. Adamiya məşqlərə çox ciddi yanaşır. Bir sözlə, onun oyunundan razıyam.
- Bəs, Batista və Hasan Suari haqqında hansı fikirdəsiniz?
- Onlar da yaxşı futbolçulardır. Hazırda da əla formadadırlar. Əminəm ki, həm Batista, həm də Hasan “Bakı”ya layiqincə kömək edəcəklər. Sadəcə, transfer vərəqələri gəlmədiyindən MOİK-ə qarşı oynaya bilmədilər.
- “Neftçi”yə qarşı oyunda bu futbolçuları meydanda görə biləcəyik?
- Böyül ehtimalla hə.
- Yeri gəlmişkən, bu oyunla bağlı fikirlərinizi də öyrənmək istərdik.
- Çox çətin olacaq. “Neftçi” indi ilk dövrədəki “Neftçi” deyil. Yaxşı qış hazırlığı keçib. Heyətini xeyli gücləndirib. Mən onların “Standard”la oyunlarına baxandan sonra bunun şahidi oldum.
- Daha çox hansı futbolçunu özünüz üçün təhlükəli hesab edirsiniz?
- Ön xətdə oynayan kamerunlu hücumçu (Valentin Atem - red) çox təhlükəli futbolçudur. Rumuniyalı futbolçularının da səviyyəli futbolçu olduğunu qeyd edə bilərəm. Məncə, bu iki futbolçuya qarşı son dərəcə diqqətli oynamaq lazımdır.
- “Neftçi”nin ardından “Xəzər-Lənkəran”la iki ağır kubok qarşılaşması gəlir. Daha sonra çempionatın növbəti çətin oyunu. Sizcə, “Bakı” bu cür ağır mərhələyə hazırdır?
- Bəli. Hazırkı heyətimiz bunu deməyə əsas verir. “Bakı”nın çox geniş heyəti var. Bir mövqeyə 3 eynisəviyyəli futbolçumuz var. Məncə, ciddi problemlə üzləşməməliyik.

 


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"