“Olimpik” - MOİK oyunundan sonra birincilərin kapitanı Tərlan Əhmədov Qol.Az-ın suallarını cavablandırıb
- Tərlan, MOİK-lə qarşılaşmada müdafiə xəttində çətinlik oldumu?
- Bildiyiniz kimi, rəqib autsayverlər qrupunda yer alıb. Elitada qalmaq üçün bütün qüvvələri ilə mübarizə apardılar. Biz də oyunun maraqlı keçməsi üçün birinci hissədə buna şərait yaratdıq. Bu baxımdan, ilk hissədə bir az çətinliklər oldu.
- Komandanız ötən çempionatdakı uğuru təkrarlaya biləcəkmi?
- Biz elə bunun üçün çalışırıq. Bu gün «Olimpik» həm kubok, həm də çempionluq uğrunda mübarizə aparır. Əsas məqsədimiz çempion olub Azərbaycanı beynəlxalq arenada təmsil etməkdir.
- Razılaşın ki, "Olimpik" çempionata yaxşı başlamadı. Hazırda çempionluq uğrunda mübarizə aparan çox güclü klub var. Sizcə, «Olimpik» üçün çətin olmayacaq ki?
- Helə qarşıda ikinci dövrə var. İndidən heç nə demek olmaz. Hər şey sonda məlum olacaq. Keçən çempionatda"İnter" bizdən 11 xal geridə idi. Amma sonda çempion oldu. Nə bilmək olar, bəlkə ikinci dövrədə "Neftçi" ideal klub yaradıb çempion adını qazanacaq? Əsas məqsədimiz rəqiblərdən çox geri qalmamaq və oynadığımız hər oyundan xal götürməkdir.
- Futbolçu karyeranı başa vurmağı düşünürsən?
- Nə vaxt mənim oyunum sizin xoşunuza gəlməyəcək, mətbuatın tənqidini eşidəcəm, bax, o zaman da futbolu buraxacam. Amma hələ ki, tənqidi eşitmədiyimə görə oynayıram (gülür). Mənimlə birgə çıxış edən gənc futbolçulara kömək etməli və örnək olmalıyam.
- Kimə örnək olmaq istəyirsiniz?
- Klubda gənc və prespektivli futbolçular çoxdu. Nizami Haciyev, Nəriman Əzimov kimi futbolçulara təcrübəmizi əsir gəməməliyik. Məşqçi hər şeyi çatdıra bilmir. Futbolçular təkcə məşqçidən yox, təcrübəli oyunçulardan da öyrənməlirlər. Elvin Əliyev iki il mənim yanımda oynadı, indi güclü klublar onu öz sıralarında görmək istəyir.
- Milli komandamızın Albaniya ilə keçirilən son yoxlama oyununu izlədin?
- Bəli.
- Komandamızın oyunu səndə necə təsir bağışladı?
- Legionerlərin milliyə çağırılmasının əleyhinəyəm. Yığmada çıxış edən əcnəbilər yerli futbolçular kimi can yandırmırlar. Vaxtilə yerli oyunçulardan təşkil olunmuş milli komanda ilə indiki arasında heç bir fərq görmürəm. Əvvəllər biz də Lixtenşteyn və Albaniya yığmaları ilə başa-baş mübarizə aparırdıq. Hazırda da vəziyyət eynidir. Azərbaycanda belə bir siyasət var, kim yaxşı çıxış etmədi, qovulmalıdır. Amma bu, düzgün deyil. Hər bir məşqçiyə, futbolçuya vaxt verilməlidir. Səbr etməklə uğura nail olmaq mümkündür.
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video