Xaqani Məmmədov «Karvan» və MOİK-in etirazlarını qəbul etmir

XƏBƏR 22 Noyabr 2008 / 18:09 3903
-  A +

AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov «Karvan» - «İnter» və «Olimpik» - MOİK görüşündən sonra hakimlərdən narazılıqla bağlı fikirlərini söyləyib. Qol.Az saytına açıqlamasında X.Məmmədov bildirib ki, «Karvan»ın baş məşqçisi Yunis Hüseynovun hakim Zöhrab Qədiyevin oyunu bərbad halda idarə etməsi və rəqibin qapısına iki penalti təyin etməməsilə bağlı matçın hakim-inspektoru Nüvar Xasıyevlə telefon danışığı olub: «O bildirdi ki, hakimlik yaxşı səviyyədə olub. Biz hakim-inspektorumuzun dediklərinə inanırıq».

MOİK-in baş məşqçisi Qəhrəman Əliyevin etirazına gəldikdə isə, X.Məmmədov deyib: «MOİK-in etirazı qapılarına vurulan ikinci qolla bağlıydı. Amma bu etirazın əsası yoxdu. Çünki top qapı tirinə dəyib xətti keçib. Bu, oyunun videoyazısında da açıq-aşkar görünür. Ona görə də yaxşı olardı ki, MOİK-in məşqçiləri əvvəlcə kasetə baxıb sonra hakimliklə bağlı fikir söyləsinlər».

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın