Asəf Qədiri "Gəncə"də çıxış edəcək

Asəf Qədiri "Gəncə"də çıxış edəcək
XƏBƏR 14 Yanvar 2011 / 16:54 2406
-  A +

Premyer Liqada yaranmış fasilədən istifadə edən "Gəncə" klubu hazırlıqlarını davam etdirir. Qol.Az-ın məlumatına görə, qərb təmsilçisi artıq bir futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Hələ ötən il "Qəbələ"yə keçən, lakin özünü yaxşı tərəfdən göstərə bilməyərək əsasən ehtiyatda qalan Asəf Qədiri bundan sonra "Gəncə"nin uğurları üçün çalışacaq. "Gəncə" klubu sözü gedən futbolçu ilə 1,5 illik müqavilə imzalayıb.  

 

 


Son xəbərlər