Arsen Venger: “Barselona” ilə oyunda hər şey ola bilər"

Arsen Venger: “Barselona” ilə oyunda hər şey ola bilər"
XƏBƏR 17 Dekabr 2010 / 17:33 1906
-  A +

 
Bu gün Avropa Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. Qol.Az-ın məlumatına görə, bu mərhələdə güclü “Barselona” ilə üzləşən “Arsenal” klubunun baş məşqçisi Arsen Venger püşkatmanın nəticəsinə öz münasibətini bildirib: “Hazırda “Barselona” dünyanın ən yaxşı komandasıdır. Orada çıxış edən bütün futbolçuların əla formada olmaları komandanın uğuruna öz müsbət təsirini göstərir. Elə katalonların “Real Madrid”lə keçirdikləri oyunu xatırlamaq kifayət edər. Həmin oyunda “Barselona”nın bütün futbolçuları super oynadı. Ötən il ÇL-in yarımfinal mərhələsində “Barselona” bizimlə matçda oyunun taleyini 30 dəqiqə ərzində həll etmişdi. Düşünürəm ki, bu dəfə hər şey fərqli də ola bilər. Bizim də növbəti mərhələyə çıxmaq şansımız var”.

Daha çox


Son xəbərlər