“Bakı” rekordlar vurmaq və kimlərisə zirvədən salmaq üçün yaranıb"

“Bakı” rekordlar vurmaq və kimlərisə zirvədən salmaq üçün yaranıb"
ÖLKƏ FUTBOLU 17 Dekabr 2010 / 17:16 2320
-  A +

Sabah Unibank Premyer Liqasında "İnter"lə qarşılaşacaq "Bakı"nın vitse-prezidenti Zeynal Məmmədov iddialı açıqlama verib: "İnter"lə oyun "Bakı" üçün çox önəmlidir. Bu rəqiblə oyunlarımız hər zaman gərgin və maraqlı keçib. Komandamız meydana yalnız 3 xal qazanmağa çıxacaq".
Klub rəsmisi komandada hazırkı durumun yaxşı səviyyədə olduğunu bildirib: "Ötən tur lider "Neftçi"ni məğlub etdik. Hazırda komandamızın vəziyyəti normaldır. Komandamız rekordlar vurmaq və kimlərisə zirvədən salmaq üçün yaranıb". "Bakı"nın vitse-prezidenti qarşıdakı oyunlarda "İnter"lə "Qəbələ"ni məğlub etməkdən başqa yolları olmadıqlarını söyləyib: "Qış fasiləsinə kimi iki oyunda maksimum nəticə göstərməliyik. Bundan başqa çıxış yolu yoxdur. Bu, "altılığa" düşmək üçün çox vacibdir. Ümid edirəm ki, əvvəl "İnter", sonra "Qəbələ"ni məğlub edəcəyik" (supersport.az).


 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı