Nikolov: "AZAL-ın rəhbərliyinə daha incə yumor hissi arzulayıram”

XƏBƏR 17 Dekabr 2010 / 15:17 1895
-  A +

“Etiraf edim ki, AZAL-ın mənim son köşə yazıma reaksiyasından yaxşı mənada təəccübləndim. Bu o deməkdir ki, mənim ədəbi təcrübələrimi bütün ölkə oxuyur və sitat gətirir. Müəllif kimi bundan qanunauyğun olaraq qürur hissi keçirirəm”. Qol.Az-ın məlumatına görə, bu fikirləri Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov səsləndirib.
O, klubun rəsmi internet saytındakı növbəti yazısında əvvəlki köşəsinə AZAL rəhbərliyinin sərt reaksiyasına münasibət bildirib: “Dost komandadan olan yaxşı dostlarımın məsləhətlərinə gəldikdə isə yalnız onu deyə bilərəm ki, onlar çox güman başqa matça baxıblar. “Top “İnter”in oyunçusunun əlinə toxundu”, bu bəli, ancaq ələ yox, Karlsonsun bədəninə dəydi. Sonradan belə səs-küylü düşüncələr və ehtiraslar doğuran həmin iki vəziyyət yarandı. Bilirəm ki, penaltilər hakim təyin edəndə verilir. Həmin hakim təyin etmədi, vəssalam. Faciə deyil, özümüzü asmayacağıq. Burada futbol qaydalarını müfəssəl bilmək lazım deyil. Mən nəsə xoşuna gəlməyən sadə azarkeş kimi danışıram”.
Nikolov onu futboldan ayrılıb voleybola bağlanmağa dəvət edən “təyyarəçilər”in təklifinə də cavab verib: “Voleybol federasiyasında post tutmaq təklifinə görə minnətdaram, lakin imtina etməyə üstünlük verirəm. Voleybolu idman növü kimi sevirəm, ancaq istərdim ki, o məndə hobbi qismində qalsın. AZAL-ın rəhbərliyinə və futbolçularınasa cansağlığı və daha incə yumor hissi arzulayıram”.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın