FİFA prezidenti «mavi»lərdən üzr istədi

FİFA prezidenti «mavi»lərdən üzr istədi
XƏBƏR 17 Dekabr 2010 / 13:48 1597
-  A +

FİFA prezidenti Yozey Blatter qeyri-ənənəvi seksual orientasiyanın təmsilçilərindən üzr istəyib. Qol.Az-ın «Reuters»ə istinadən verdiyi məlumata görə, Blatter bir müddət öncə homoseksualistləri 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı zamanı hisslərini boğmağa çağırıb. O bildirib ki, bu ərəb ölkəsində homoseksualizmə görə insanları məsuliyyətə cəlb edən maddə Cinayət Məcəlləsində yer alıb.
"Mən bu sözlərimə görə onlardan üzr istəyirəm. Çox məyusam ki, mənim sözlərimi diskriminasiya kimi qəbul ediblər. Bir daha deyirəm, belə bir niyyətim olmayıb. Sadəcə, onlara xəbərdarlıq etməyi vacib saymışdım» - deyə o bildirib.


Son xəbərlər