Beti Foqts məşqçilərlə görüşü davam etdirir

XƏBƏR 17 Dekabr 2010 / 12:50 1617
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Premyer Liqada çıxış edən klubların baş məşqçiləriylə görüşlərini davam etdirəcək. Bu haqda Qol.Az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib.
Qeyd edək ki, Foqts artıq iki klubun - «Qarabağ» və «Bakı»nın baş məşqçisiylə görüşərək müzakirə aparıb.
M.Nərimanoğlu bildirib ki, almaniyalı mütəxəssis digər klubların çalışdırıcılarını da görüşə dəvət edib. Foqtsun konkret kimlərlə görüşəcəyi barədə isə hələlik məlumat yoxdur.

Daha çox


Son xəbərlər