Foqts təlim-məşq toplanışına çağırmadığı futbolçuları bir araya yığdı

XƏBƏR 17 Dekabr 2010 / 12:42 1611
-  A +

Baş məşqçi Berti Foqts Azərbaycan milli komandasının budəfəki təlim-məşq toplanışına dəvət etmədiyi futbolçularla görüşüb. Bu haqda Qol.Az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu bildirib. Futbolçularla ümumi və fərdi şəkildə görüşən almaniyalı mütəxəssis onlara öz məsləhətlərini verib.
Xatıladaq ki, millinin son təlim-məşq toplanışı seleksiya xarakterli olduğundan Berti Foqts hazırlıq prosesinə əsasən yeni futbolçuları cəlb etmişdi.


Son xəbərlər