AFFA rəsmisindən «Qarabağ»a cavab: «Suraxanı stadionu nə vaxtdan onların olub?»

AFFA rəsmisindən «Qarabağ»a cavab: «Suraxanı stadionu nə vaxtdan onların olub?»
ÖLKƏ FUTBOLU 17 Dekabr 2010 / 12:33 2492
-  A +

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu millinin son təlim-məşq toplanışından sonra «Qarabağ»ın ev oyunlarını keçirdiyi Suraxanı qəsəbəsi stadionunun meydançasının pis vəziyyətə düşməsilə bağlı yaranan narazılıqlara münasibət açıqlayıb.
Qeyd edək ki, yararsız vəziyyətdə olan stadionun qazonu «Qarabağ» klubu tərəfindən ideal vəziyyətə gətirilib. Lakin millinin dekabrın 13-16-da bu arenada keçirdiyi təlim-məşq toplanışından sonra meydançanın durumu pis hala düşüb.
Qol.Az saytının müxbiri ilə söhbətində Mikayıl Nərimanoğlu mediada səslənən iddialarla razılaşmadığını vurğulayıb. «Əvvəla, milli sonuncu dəfə orada məşq edəndə  meydançanın durumu çox normal haldaydı. Bildiyiniz kimi, bu gün AFFA tərəfindən milli komandalar üçün stadionlar tikilir. Hazırda isə millinin məşq etmək üçün meydançası yoxdur. Bu halda federasiya nə etməlidir?! Suraxanı stadionunun durumu normal vəziyyətdə olduğuna görə, biz məhz bu medançanı seçdik» - deyən M.Nərimanoğlu «Qarabağ»ı klubunun etirazlarına da münasibət bildirib: «Bu stadion nə vaxtdan Ağdam klubunun olub? Hazırda stadion «Qarabağ»ın yox, «Neftçi» İdman-Sağlamlıq Mərkəzinin tabeçiliyindədir. Biz də məhz «Neftçi» İSM-lə danışıqlardan sonra sonra həmin meydançada məşq keçmək barədə razılıq almışıq. «Qarabağ» nə vaxt həmin stadionu icarəyə götürsə, bu, başqa məsələ».
Mikayıl Nərimanoğlu hazırda AFFA tərəfindən milli komanda üçün stadionların tikintisinin davam etdirildiyini söyləyib: «Həm süni, həm də təbii örtüklü stadionlarda iş davam edir. Bayıl qəsəbəsindəki stadionda 2011-ci il dekabrında, Dalğa stadionunda 2011-ci ilin iyununda, 8-ci kilometr qəsəbəsindəki stadionda isə 2011-ci il may ayında işlər tamamlanacaq. Bundan sonra hansı klub istəsə, biz məmnuniyyətlə, onların hazırlıq keçməsinə şərait yaradacağıq» - deyə M.Nərimanoğlu bildirib.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı