Stefan Borbikoni: “Özümdən çox Jabanın qol vurmasına sevindim”

Stefan Borbikoni: “Özümdən çox Jabanın qol vurmasına sevindim”
ÖLKƏ FUTBOLU 16 Dekabr 2010 / 20:43 2249
-  A +

“Bakı”nın fransalı müdafiəçisi Stefan Borbikoni yüksək səviyyə və etibarlı oyunu ilə  azarkeşlərimizin sevimlisinə çevrilib. Qol.Az-ın məlumatına görə, “Neftçi”ilə oyunun qəhrəmanlarından birinə çevrilən Borbikoni klub saytına açıqlama verib. Stefan “Bakı”nın Premyer Liqadakı çıxışı, vurduğu qollar və azarkeşlərin stadiondan asdığı bannerə toxunub.
“Neftçi”oyununda komandamız mükəmməl oynadı. Rəqibimiz çempionatın lideri, əsas favoritlərdən biri olduğu üçün bu bu bizə əlavə motivasiya verirdi. Çox sevinirəm ki 3 xalı qazandıq. Hamı bacardığını etdi. Mən çox sevinirəm ki, 2 cavabsız qol vuraraq belə bir güclü kluba qalib gəldik. Özümdən çox Jabanın qol vurmasına sevindim. Çünki o, bu qolu uzun müddət idi ki, gözləyirdi. Bundan sonra onun qolları sıralayacağına şübhəm yoxdur.
İlk altılığa düşmək baxımından çox önəmli oyun oldu. Həyat davam edir. Qarşıda bizi bir-birindən çətin oyunlar gözləyir. Bu həftə çempion “İnter”ə qarşı da bu cür mübarizə aparmalıyıq. Bu oyunda bizə yalnız 3 xal lazımdır”.
Borbikoni Fransanın Azərbaycandakı səfirliyində çalışan həmvətənlərinin “Bakı”nın oyunlarına gəlməsinin onu cox sevindirdiyini deyib: “Bu, mənim üçün xoş sürpriz oldu. Fransanın bayraqlarını və adımı tribunalarda asılan bannerdə görəndə çox sevindim. Bu amil mənim daha inamlı oynamağıma səbəb oldu”.

Daha çox


Son xəbərlər