«Qalatasaray»ın futbolçusu topa toxunmadan 210 min avro qazandı

«Qalatasaray»ın futbolçusu topa toxunmadan 210 min avro qazandı
DÜNYA FUTBOLU 16 Dekabr 2010 / 20:06 2588
-  A +

Oyunundan qane olmadığı üçün baş məşqçi Georgi Hacının heyətdən kənarlaşdırdığı bosniyalı Misimoviç son bir ayda heç bir fəaliyyət göstərmədən 210 bin avro qazanıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Hacının qərarından sonra Floryada təkbaşına məşq edən ulduz oyunçuya sonradan Antalyada rast gəlinib. Hazırda isə Misimoviçin Almaniyada olduğu bildirilir.
«Qalatasaray»da oynamasa da, müqaviləylə ona çatan pulu qəpiyənə qədər alan Misimoviçin karyerasını Almaniyanın «Volfsburq» komandasında davam etdirəcəyi gözlənilir.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın