“Bakı” azarkeşləri İbrahim Karqboya “Qurani Kərim” bağışladılar

XƏBƏR 16 Dekabr 2010 / 19:50 1689
-  A +

Bu gün “Bakı” fan-klubun fəalları komandanın məşqində iştirak ediblər. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “İnter”lə oyun ərəfəsində  oyun bağlı təlimatlarlandırılıblar.
tərəfdarları “Bakı” futbol klubunun təlim məşq bazasına gələrək, komandanın növbəti məşqini izləyiblər.
“Bakı” azarkeşlərinin komandanın məşqinə gəlməsi və futbolçuları dəstəkləməsi onların böyük sevincinə səbəb olub.
Məşq boyu müxtəlif şüarlar səsləndirən fanatlar baş məşqçi Vinfrid Şeferin icazəsini alaraq İbrahim Karqbonu tribunaya dəvət ediblər. Komandanın belçikalı yarımmüdafiəçisinə müqəddəs “Qurani Kərim” hədiyyə olunub.
Azarkeşlərlə xatirə şəkli çəkdirən qaradərili futbolçu onlara təşəkkür edərək, məşqə davam edib.


Son xəbərlər