Avroliqanın finalına biletlərin qiyməti açıqlandı

Avroliqanın finalına biletlərin qiyməti açıqlandı
XƏBƏR 16 Dekabr 2010 / 19:02 1752
-  A +


Bu gün Avroliqanın final mərhələsinin biletlərinin ilkin satışına start verilib. Qol.Az-ın məlumatına görə, mayın 18-də İrlandiyanın paytaxtı “Dublin Arena”da keçiriləcək olan Avroliqanın final mərhələsinin biletləri 4 həftə ərzində satışda olacaq. Dekabr ayının 16-dan yanvarın 13-dək satışda olacaq biletləri alan hər bir şəxs ilk öncə anketi doldurmalıdır. Biletlərin qiyməti isə 4 dərəcəyə bölünüb. Ən bahalısı 135 avro olan biletlərin qiyməti müfaviq olaraq 105, 80 və 50 avro arasında dəyişir. Qeyd edək ki, bir nəfər maksimum 2 bilet ala bilər.    


Son xəbərlər