İnyesta üçün 100 milyon avro!

İnyesta üçün 100 milyon avro!
XƏBƏR 16 Dekabr 2010 / 18:20 1944
-  A +


İngiltərənin “Mançester Siti” klubunun rəhbərliyi İspaniya milli komandasının və “Barselona”nın futbolçusu Andres İnyestaya 100 milyon avro təklif etməyə hazırdır. Qol.Az-ın məlumatına görə, bu haqda “Mançester Siti” rəsmilərindən biri “Marca”ya açıqlama verib. Həmin şəxsin fikrincə, anlaşma artıq yanvarda baş tuta bilər: “İnyesta əsl kataloniyalıdır. O, “Barselona”nın gənclərdən ibarət komandasından yetişib. Lakin bu, o demək deyil ki, Kataloniya klubu yaxşı təklifi nəzərdən keçirməyəcək. Həm “Mançester Siti”, həm də “Barselona”nın maliyyə vəziyyəti heç kimə sirr deyil. Ona görə də sövdələşmənin 2011-ci ilin yanvarında baş tutması realdır”.
Qeyd edək ki, İspaniya yığmasının heyətində dünya və Avropa çempionluğunu qazanmış Andres İnyesta “Barselona”dakı komanda yoldaşları Xavi və Lionel Messi ilə birgə ilin futbolçusu adına namizəddir.

 


Son xəbərlər