Rəşad Sadiqov: «Qarabağ» Avropada qrup mərhələsinə vəsiqə qazanmağa çalışacaq»

XƏBƏR 16 Dekabr 2010 / 15:57 1746
-  A +

«Bü mükafatı aldığımıza görə çox sevinirik. Biz futbolçular da Avropadakı builki çıxışlarımızla Qarabağın hansı ölkənin ərazisi olduğunu bir daha təsdiqləyə bildik». Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı tərəfindən “Qarabağ”a “İlin komandası” mükafatını təqdimolunması mərasimində klubun futbolçusu Rəşad Sadiqov deyib. «Komandamızın səkkiz futbolçusunun milli komandada oynaması da bizim klubun uğurlarından xəbər verir. İnşallah, gələn il, üçüncü cəhdimizdə çalışacağıq ki, Avropa kubokunun qrup mərhələsinə vəsiqə qazanaq» - deyə o bildirib.


Son xəbərlər