Yunis Hüseynov Zöhrab Qədiyevi ittiham etdi

Yunis Hüseynov Zöhrab Qədiyevi ittiham etdi
PREMYER LİQA 22 Noyabr 2008 / 16:46 5097
-  A +

«Karvan» - «İnter» oyununan sonra keçirilən mətbuat konfransında Yevlax klubunun baş məşqçisi Yunis Hüseynov oyunun baş hakimi Zöhrab Qədiyevi ittiham edib. Qol.Az-ın məlumatına görə, əvvəlcə «İnter» qələbə münasibətilə təbrik edən Y.Hüseynov bu oyunun ağır keçəcəyini gözlədiklərini bildirib. «Hakim oyunu bərbad vəziyyətdə idarə elədi, o rəqib qapısına iki penalti təyin etməliydi» - deyə Y.Hüseynov vurğulayıb.

«İnter»in baş məşqçisi Valentin Xodukin bu oyuna ciddi hazırlaşdıqlarını və Yevlaxdan istədikləri nəticəylə döndüklərini bildirib. Xodukin qələbə münasibətiylə komandasını təbrik edib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı