«Qarabağ»a «İlin komandası» mükafatı verildi

«Qarabağ»a «İlin komandası» mükafatı verildi
ÖLKƏ FUTBOLU 16 Dekabr 2010 / 15:43 2151
-  A +

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı (AGAT) “Qarabağ”ı “İlin komandası” adı ilə təltif edib. Qol.Az-ın məlumatına görə, bu gün keçirilən mərasimdə təşkilatın sədri Gülsel Səfərova xüsusi mükafatı komandanın baş məşqçisi Qurban Qurbanova təqdim edib. G.Səfərova bildirib ki, AGAT «Qarabağ»ın bu il Avropa liqasının pley-off mərhələsinə qədər irəliləməsi, milliyə ən çox futbolçu verməsinə görə Ağdam klubunu bü mükafata layiq bilib.
Tədbirdə çıxış edən «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov son iki ildə Ağdam klubunun uğurla çıxış etdiyini söyləyib. «Bizə çox təbriklər gəlib. Bu gün «Qarabağ»ı ilin komandası seçdiyinizə görə minnətdarlığımı bildirirəm. Biz bundan sonra da «Qarabağ»ın adını nəinki ölkədə, Avropada da yüksəltməyə çalışacağıq. Komandamızda müəyyən çətinliklər var. Amma bunları arxada qoyacağımıza inanıram. «Qarabağ» mənim üçün bütün komandalardan üstündür» - deyə Q.Qurbanov bildirib.

Daha çox


Son xəbərlər