Rəşad Sadıqovun komandasına pul mükafatı verildi

XƏBƏR 16 Dekabr 2010 / 14:59 1712
-  A +

"Beşiktaş" üzərində qələbə qazanan "Eskişehirspor"un futbolçularına mükafat göndərilib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, oyundan əvvəl Demokrat Partiyasının rəhbəri Hüsamettin Cindoruk ilə birlikdə Eskişehirə gələn və meydan sahibi komandanın qalib olacağı təqdirdə 20 min lirə veriləcəyini söyləyən manisalı iş adamı Hakkı Keleşoğlu vədinə əməl edib. Bekir-Sacide Keleşoğlu vəqfi idarə heyətinin rəhbəri Hakkı Keleşoğlu, yardımsevərliyi ilə tanınır. Keleşoğlunun göndərdiyi mükafatı eskişehirli iş adamı Orhan Kesikoğlu, "Eskişehirspor"un vitse-prezidenti Mesut Hoşcana təqdim edib. Hoşcan da Keleşoğluna təşəkkürünü bildirib.
Qeyd edək ki, milli komandanın kapitanı və "Eskişehirspor"un müdafiəçisi Rəşad Sadıqov "Beşiktaş"la oyunda meydana buraxılmamışdı.


Son xəbərlər