«Rapid»in baş məşqçisi: «Kuarejma heyvandır!»

«Rapid»in baş məşqçisi: «Kuarejma heyvandır!»
DÜNYA FUTBOLU 16 Dekabr 2010 / 13:33 4065
-  A +

Avropa Liqasının dünən keçirilən «Beşiktaş» (Türkiyə) - «Rapid» (Avstriya) (2:0) oyunundan sonra qonaq komandanın baş məşqçisi Peter Pasult İstanbul klubunun portuqaliyalı futbolçusu Rikardo Kuarejmanın ünvanına ittihamlar səsləndirib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, matç zamanı Kuarejmanın futbolçusuna tüpürdüyünü iddia edib. "Onun bu hərəkəti meydandakı dörd hakim də görmək istəmədi. Tüpürmək futbolçuya yaraşan hərəkət deyil. Bu cür şəkildə tüpürən heyvanlardır, lamalardır!. Belə adamların zooparka getməsi lazımdır. Kuarejma yaxşı futbolçudur. Amma belə hərəkəti ilə özünü nə sandığını bilmirəm» - deyən Peter Pasult «Beşiktaş»ın baş məşqçi Şusterin Kuarejmanın bu hərəkətinə göz yummasına da etiraz edib. «Əgər mənim futbolçum rəqibə tüpürsəydi, onu dərhal cəzalandırardım» - deyə o qeyd edib.


Son xəbərlər