Denis Silva "Neftçi"nin “Gəncə”ni məğlub edəcəyinə inanır

XƏBƏR 16 Dekabr 2010 / 12:31 1432
-  A +

"Neftçi"nin futbolçusu Denis Silva dekabrın 18-də Unibank Premyer Liqasının 18-ci turunda "Gəncə" ilə keçiriləcək oyun haqda fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, braziliyalı müdafiəçi klubun rəsmi saytına müsahibəsində bunları deyib: "Gəncə" çox güclü komandadır. Üstəlik, onlar doğma meydanda oynayacaqlarından, qarşılaşma çətin keçəcək. "Gəncə" "altılıq" uğrunda mübarizə aparır və turnir cədvəlində irəliləmək istəyir. Buna görə də rəqib də 3 xal üçün mübarizə aparacaq. Əsas heyətin üzvlərindən zədəli olanları var. Buna baxmayaraq, düşünürəm ki, onları əvəz edəcək futbolçular komandaya kömək ola biləcəklər və biz Gəncədən 3 xalla ayrılacağıq".


Son xəbərlər