Vadim Borets: “İnter”ə qalib gəlməliyik”

Vadim Borets: “İnter”ə qalib gəlməliyik”
XƏBƏR 16 Dekabr 2010 / 11:02 2073
-  A +

“Neftçi”yə qarşı kompakt oyun sərgilədik. Rəqibə qol vəziyyətləri yaratmaq üçün, demək olar ki, heç bir şans vermədik. Yaxşı oynayib, layiqli qələbə qazandıq. Hamı meydanda can qoydu. Heç kimə bu oyuna etinasız yanaşmadı”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”nın moldovalı müdafiəçisi Vadim Borets klubun rəsmi saytına bildirib. O, bu həftə Unibank Premyer Liqasında “İnter”ə qarşı oyunun daha məsuliyyətli olacağının söyləyib: “Çünki biz çempionatın əvvəlində zamanı çox xallar itirmişik. Ona görə də bizim üçün “İnter” və ya MOİK-ə qarşı oyunlar arasında heç bir fərq yoxdur. Bizə bütün oyunlarda qələbə lazımdır. Əsas məqsədimiz xal qazanmaqdır. Çalışacağıq ki, “İnter”ə qarşı yaxşı oyun göstərib, qələbə qazanaq. “İnter” güclü rəqibdir, maraqlı oyun olacaq”.


Son xəbərlər