Foqtsun millimizə çağırmaq istədiyi futbolçu İsveçi seçdi

Foqtsun millimizə çağırmaq istədiyi futbolçu İsveçi seçdi
ÖLKƏ FUTBOLU 16 Dekabr 2010 / 10:54 2256
-  A +

Berti Foqtsun millimizə dəvət etmək istədiyi futbolçu Jiloan Hamad İsveç yığmasında çıxış etmək qərarı verib. Qol.Az-ın İsveç mətbuatına istinadən yaydığı məlumata görə, İsveç millisinin baş məşqçisi Erik Hamrin Hamadı gələn il Cənubi Afrikada keçirəcəyi əsas millinin təlim-məşq toplanışına dəvət edib.
Beləliklə də, Hamadın milli komandamızda çıxış etməsi baş tutmayacaq.
Xatırladaq ki, 20 yaşlı kürd əsilli Jiloan Hamad Bakıda doğulub. Uzun illərdir İsveçdə yaşayan futbolçu «Malmö» klubunun tərkibində son ölkə çempionu adını qazanıb.
Dünən millimizin baş məşqçisi Berti Foqts keçirdiyi mətbuat konfransında bu futbolçunu yığmamıza dəvət etmək niyyətiin açıqlamışdı.

Daha çox


Son xəbərlər