“Qalatasaray” rəqiblərinə lazım olmayan futbolçuları aldı

XƏBƏR 15 Dekabr 2010 / 21:13 1871
-  A +

Türkiyənin “Qalatasaray” klubu əzəli rəqibləri “Fənərbağça” və “Beşiktaş”a lazım olmayan 2 futbolçunun transferini reallaşdırıb. Lent.az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, “sarı-qırmızılar” yarımmüdafiəçi Kazım Kazım və hücumçu Fatih Təkkə ilə anlaşıblar. Onların keçidi “Cim-Bom”a havayı başa gəlib. Hər iki futbolçu öz klublarından qalmaqalla ayrılıb. Kazım “Fənərbağça”da ikən “problemli çocuq” ləqəbini alıb. Təkkə isə “qartallar”ın baş məşqçisi Bernd Şusterlə dalaşıb. Qeyd edək ki, uzun müddətdir maliyyə problemləri ilə üzləşən “Qalatasaray”ın Türkiyə Superliqasında da işləri qaydasında deyil. Baş məşqçi George Hacının komandası 16 turdan sonra 20 xalla ancaq 10-cu pillədə qərarlaşıb.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı