Yüz illik tarixi olan türk klubunda «zəlzələ»

XƏBƏR 15 Dekabr 2010 / 19:48 1983
-  A +

Türkiyənin "Ankaragücü" klubunda gözlənilməz hadisə baş verib. Bu gün klub prezidenti Ahmet Gökçek NTV Spor telekanalına verdiyi açıqlamada məhkəmənin qərarı ilə klubdaxili konqresin keçirilməsinə qadağasından sonra istefa verdiyini açıqlayıb. Prezident kluba yardım edən idarə heyətinin üzvləri ilə görüşdüyünü və onların razılığını aldığını bildirib: "Mənim istefamdan sonra bazar ertəsindən etibarən klubun 95 faiz futbolçusu komanda ilə vidalaşacaqlar. Bizi bu vəziyyətə salan iki nəfər, 100 illik komandanı məhv edən bu adamlar tarix qarşısında cavab verəcəklər. Onlar hər zaman mühakimə olunacaqlar. Klubun içinə bomba atanlar bağışlanmayacaqlar". A.Gökçek sonda fikrini belə tamamalayıb: "Hazırda klubun futbolçulara 12-13 milyon dollar borcu var. Biz artıq neçə ildir ki İlhan Mansıza borc ödəyirik. Çıxılmaz vəziyyətdə qalmışıq".
Qeyd edək ki, bir müddət əvvəl klubun idarəçiləri Cemal Aydın, Cengiz Topelin klub rəhbərliyini məhkəməyə verməsi ilə komanda dağılmaq təhlükəsi ilə üz-üzə qalıb (supersport.az).


Son xəbərlər