«Qarabağ» rəhbərliyi futbolçuları mükafatlandırdı (FOTO)

«Qarabağ» rəhbərliyi futbolçuları mükafatlandırdı (FOTO)
XƏBƏR 15 Dekabr 2010 / 17:25 1918
-  A +

Bu gün «Qarabağ» klubunun rəhbərliyi aşağı yaş qruplarından olan komandaların mükafatlandırma mərasimini keçirib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, tədbirdə «Qarabağ»ın direktoru Əmrah Çəlikəl, aşağı yaş qruplarının koordinatoru Həmdi Serpil Tüzün və komandaların baş məşqçilərinin iştirak edib. Əmrah Çəlikəl bildirib ki, «Qarabağ» ailəsinin üzvü olmanın fərqliliyindən danışıb. O, nəticənin də vacib olduğunu, amma hər əsas komandaya yüksələn futbolçunun onlar üçün çempionluq anlamına gəldiyini vurğulayıb.
Tədbirdə Həmdi Serpil Tüzün də çıxış edərək görüşün mahiyyəti haqqında danışıö. Türkiyənin əfsanəvi uşaq məşqçisi hər ay davranışında, təhsilində, nizam-intizamda, peşəkar əxlaqında fərqlənən uşaqları qiymətləndirəcəklərini bildirib.  Daha sonra komandanın baş məşqçilərinin rəyilə ən yaxşılar seçilib. Əvəzedici heyətdə ötən ay ən nümunəvi davranışına görə Şahin Hüseynov, ən yaxşı futbolçu kimi isə Kamil Xanıyev «təşəkkürnamə» alıö. 17 yaşlılarda isə ən yaxşı oyunçu Tural Rzayev, ən peşəkar Ülvi Rəfizadə, ən çox inkişaf etmiş oyunçu kimi Fərid Baxışov fərqlənib. U-15 yaşlılarda isə ən yaxşı peşəkar İsmayıl Paşayev, ən yaxşı oyunçu Elvin Nəsibov olub.
Tədbirdə fərqlənən bütün uşaqlara eyni zamanda dəyərli saatlar da hədiyyə edilib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı