"Qarabağ" Lənkarana getdi

XƏBƏR 22 Noyabr 2008 / 13:07 4187
-  A +

Bu gun saat 09:00-da "Qarabağ" Futbol Klubu premyer-liqanın 12-ci turunda qarşılaşacağı "Xəzər-Lənkəran" matçı üçün Lənkəran yola düşüb. Tam heyətlə cənuba yollanan komandamızın 14.00-15.00 raddələrində oyunun baş tutacağı şəhərdə olacağı gözlənilir. "Qarabağ"ın rəsmi saytında verilən məlumata görə, 35 nəfərlik heyətə bir gün öncə əvəzedicilərin çempionatının anoloji turuna görə Lənkərana yollanmış ikinci komandanın təxminən eyni sayda kollektivi qoşulacaq.

Əsas meydançanın yararsız olacağı təqdirdə qarşı tərəfin təşkil edəcəyi stadionda komandamız 16:30-a məşq keçməyi planlaşdırır.

Onu da xatırladaq ki, bazar günü 18:00-da baş tutacaq matç AzTV tərəfindən canlı yayımlanacaq.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı