Türkiyəli deputatlar Bakıya yoldaşlıq görüşü keçirməyə gəlir

XƏBƏR 22 Noyabr 2008 / 11:39 4090
-  A +

Türkiyəli millət vəkilləri Milli Məclisin üzvləri ilə qarşılaşmanın hazırlığına başlayıblar. Dekabrın 20-də Azərbaycan Parlamentinin futbol komandası ilə yoldaşlıq oyunu keçirəcək türkiyəlilər bu məqsədlə toplanış keçirir. Türk deputatların “Məclisspor” adlanan komandası Afyonkarahisar şəhərciyində iki günlük hazırlıq keçmək üçün bir araya gəlib. Yerli komanda ilə keçiriləcək sınaq matçı da Azərbaycanla görüşə hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, Azərbaycan və Türkiyə deputatları arasında qarşılaşmanın Bakıda keçirilməsi nəzərdə tutulub. 
Mənbə: apasport.az

Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"