Ürəyinə görə futbolu göz yaşları içində buraxdı (VİDEOLAR)

VİDEO 5 Noyabr 2010 / 13:22 3161
-  A +

İspaniyanın “Real” komandasının gənc futboçularından biri futbolla vidalaşıb. Qol.Az-ın məlumatına görə, karyerasına Madrid “Real”ının uşaq məktəbində başlayan və 2007-2008 mövsümündə “Xetafe”də icarə əsasında oynadıqdan sonra komandasına qayıdan Ruben Dela Red bundan sonra futbol oynamayacağını açıqlayıb. “Santyaqo Bernabeu” stadionunda təşkil edilən mətbuat konfransında bu barədə danışan Ruben Dela Red bunları bildirib: “Ürəyimdəki problem ucbatından futbolla vidalaşmaq məcburiyyətindəyəm. İki ildir ki, yenidən futbol oynaya bilmək üçün əlimdən gələni etdim, ancaq ürəyim futbol oynamağa icazə vermədi”. Meneceri ilə birgə təşkil etdiyi mətbuat konfransında çıxışı zamanı göz yaşlarını saxlaya bilməyən Dela Red “Real”a bundan sonra meydandan kənarda xidmət göstərmək istədiyini bildirib: “Bura mənim evim kimidir. Futbol karyerama bundan sonra məşqçi kimi davam edəcəyəm. İlk olaraq “Real”ın uşaq məktəbində işləyəcəyəm. Xəyalımda bir gün komandamın baş məşqçisi olmaq da var”.

 

 

 

 

 

 

Dela Red 2008-ci ildə İspaniya kral kubokunda “Real Yunion”la səfər qarşılaşmasında qəfildən yerə yıxılmış və ürəyində olan problem bundan sonra aşkar edilmişdi.

 

 


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"