"Bizim üçün zəif rəqib anlayışı yoxdur"

XƏBƏR 21 Noyabr 2008 / 18:01 3861
-  A +

"Bütün komandalara hörmətlə yanaşırıq və bizim üçün zəif rəqib anlayışı yoxdur. Qarşıda autsayder "Turan"la görüş olsa da, qəti arxayınlaşmamışıq". "Bakı"nın vitse-prezidenti Zeynal Məmmədov Qol.Az saytına açıqlamasında belə deyib. Klub rəsmisi bildirib ki, rəqibi qiymətləndirməyən komandaların vəziyyəti sonda heç də yaxşı olmur. "Həm komandama, həm də "Turan"a qələbə çox vacibdir. Nəzərə alaq ki, "Bakı" çempionluq, rəqib isə elitada qalmaq uğrunda mübarizə aparır".

Qeyd edək ki, 11 turdan sonra Premyer liqada "Bakı" 23 xalla 5-ci, "Turan" isə 3 xalla sonuncu yeri tutur.

Anar CƏFƏRSOY


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord