Ramazan Abbasov ehtiyatda qalmasından narahatdır

XƏBƏR 21 Noyabr 2008 / 17:17 4198
-  A +

«Bakı»nın əsas heyətinə düşməkdə çətinlik çəkən Ramazan Abbasov Qol.Az-a açıqlamasında bunu baş məşqçi Qyoko Hacıyevskinin seçimi ilə əlaqələndirib: «Zədə ilə bağlı heç bir problemim yoxdur. Yəni özümü formada hiss edirəm. Sadəcə baş məşqçi belə seçim edir və onun seçiminə hörmətlə yanaşıram. Amma çalışacam ki, əsas heyətə dönüm». «Bakı»ya «Neftçi»dən gələn 25 yaşlı futbolçunun müqaviləsi mövsümün sonunda başa çatır: «Hələ ki qışda komandamı dəyişmək barədə fikirləşmirəm. İstəyirəm yenidən əsas heyətə dönüm. Ehtiyatda qalmağım yığma karyerama da təsir edir. Oyun praktikası olmayan futbolçunu məşqçilər milliyə necə çağırsınlar?»

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı