“Dənizçilər” məğlubiyyətsiz irəliləyir

XƏBƏR 21 Noyabr 2008 / 17:10 4177
-  A +

Həvəskar komandalar arasında təşkil edilən ölkə çempionatı çərçivəsində 2 oyun keçirilib. Bakı zonasının B qrupunda məskunlaşan "Təhsil”lə “Dənizçi XDND” üz-üzə gəliblər. Rəqib qapısından 3 cavabsız top keçirən “dənizçilər” qazandıqları qələbə sayəsində turnir cədvəlində liderliyə yüksəlib. 
Mərkəz qrupunda yer alan komandalardan “Adıgün”lə “MKT-Araz” qarşılaşıblar. Oyunda hər komanda 1 qol vurmağa nail olub. Bununla da hər iki komanda cari mövsümdə ilk xalını qazanıb (affa.az).

 

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord