Devid Bekhem millidəki vida matçından imtina etdi

Devid Bekhem millidəki vida matçından imtina etdi
XƏBƏR 15 Oktyabr 2010 / 18:04 2459
-  A +

Məşhur futbolçu Devid Bekhem İngiltərə milli komandasının heyətində Fransa yığmasına qarşı yoldaşlıq görüşündə vida matçı keçirməkdən imtina edib. Lent.az-ın “The Daily Telegraph”a istinadən verdiyi məlumata görə, Bekhem karyerasını bitirmək istəmədiyini baş məşqçi Fabio Kapelloya bildirib.
O, öz oyunu ilə layiq olduğu vaxt yığmaya dəvət almaq istədiyini söyləyib. Amma 2010-cu ilin avqustunda Fabio Kapello Devid Bekhemin İngiltərə millisində çıxış etmək üçün çox yaşlı olduğunu açıqlayıb. İtaliyalı mütəxəssisin fikrincə, 35 yaşlı yarımmüdafiənin yığmada gələcəyi yoxdur. Bekhem millidə 115 görüş keçirib. O, 2010-cu il dünya çempionatında iştirak etmək istəsə də, ciddi zədə aldığı üçün şanslarını itirib.
Qeyd edək ki, İngiltərə - Fransa matçı noyabrın 17-də Londondakı “Uembli” stadionunda keçiriləcək.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı