Qalmaqallı Azərbaycan - Albaniya matçının hakimi Qol.Az-a danışdı!

Qalmaqallı Azərbaycan - Albaniya matçının hakimi Qol.Az-a danışdı!
ÖLKƏ FUTBOLU 21 Noyabr 2008 / 20:54 4595
-  A +

İki gün əvvəl Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Azərbaycan - Albaniya görüşündə rəqib komandanın futbolçusuna göstərdiyi «qırmızı vərəqə»yə görə mətbuatın gündəminə gələn gürcüstanlı FİFA referisi Laşa Silaqava Qol.Az-a eksklüziv açıqlama verib. Alban futbolçu Elvin Beqiriyə «qırmızı vərəqə» göstərməsinin səbəblərinə toxunan L.Silaqava bunu futbolçunun onu təhqir etməsiylə əlaqələndirib: «Həmin futbolçu Ukraynada çıxış edir, oyunun 44-cü dəqiqəsində o, mənim ünvanıma rus dilində söyüş işlətdi. Bu səbəbdən mən onu meydandan qovdum. Bu qaydanı mən özüm icad etməmişəm. Bütün dünyada hakimlərin ünvanına təhqiramiz ifadələr işlədən oyunçulara «qırmızı vərəqə» verilir».

L.Silaqava ona AFFA tərəfindən sifariş verilməsilə bağlı iddiaları cəfəngiyyat adlandırıb: «Mən heç kimdən sifariş almamışam. Yoldaşlıq oyunlarında kim və hansı səbəbə görə sifariş verməlidir?».

Gürcüstanlı hakim Azərbaycanın bir sıra futbol adamlarının onun idarəçiliyindən narazı qalmasıyla bağlı fikirlərindən təəccübləndiyini söyləyib: «Mən nə zaman Azərbaycanın futbol imicinə zərbə vurmuşam? Mənim ünvanıma təhqirlər səsləndirən futbolçunu meydanan qovmuşam. Hakimi söyən adamı oyunda saxlamalıydım?!»

 

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"