Rəşad Sadıqov: «Burda mənə münasibət əladır»

Rəşad Sadıqov: «Burda mənə münasibət əladır»
MÜSAHİBƏ 3 Fevral 2009 / 12:56 5179
-  A +

Azərbaycan milli komandasının və Türkiyənin «Kocaelispor» klubunun müdafiəiçisi Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi


- «Kocaelispor»un «Gənclərbirliyi»nə qarşı son oyunundan dodağın partladığı üçün altı tikiş qoyulub. İndi necəsən?
-  Babatam. Bu dəqiqə sizinlə danışanda da çətinlik çəkirəm, ağzımı rahat açıb-yuma bilmirəm. Bir problem də dünən ortaya çıxdı. «Sivasspor»la oyunun hazırlığı zamanı belimdən zədə aldığım üçün məşqi yarımçıq tərk etdim. Bu gün həkimə getdim, «snimka» çıxardım. Belimdə indi də ağrılar var. Ona görə də bu həftə «Sivasspor»la oyunda meydana çıxıb-çıxmayağım sual altındadır.
- Kocaelidə azarkeşlərin, məşqçilərin sənə münasibəti necədir?
- Əladır. «Gənclərbirliyi» ilə oyundan sonra məşqçiylə söhbətimiz oldu, oyunu bəyəndiyini söylədi. Klub rəhbərləri də bu fikirdədilər.
- Səndən fərqli olaraq, digər futbolçumuz Ramal Hüseynov meydana, ümumiyyətlə, buraxılmayıb. Bunun səbəbi nədir?
- Baş məşqçi Ramalın ikitərəfli oyunlarda görüb və bəyənib, ondan razılıq edir. Amma Ramala deyir ki, fiziki cəhətdən hələ Türkiyə superliqasının oyunlarına hazır deyilsən. Buna görə də Ramal oyunlara buxarılmır. Hərçənd, baş məşqçi Ramala qarşıdakı oyunlarda şans veriləcəyini söyləyib. Bilirsiniz ki, Türkiyə çempionatında oynamaq çox ağırdır, superliqanın matçlarına tam hazır olmaq lazımdır. Artıq Fatih Akyel də komandanın düşərgəsindədir. Lakin məşqçi Fatihin də oyunlara fiziki tərəfdən hazır olmadığını bildirib. Bu səbəbdən Fatih də «Sivasspor»la oyunda meydana buraxılmayacaq. Ramal əzmkardır, mən inanıram ki, o yaxın vaxtlarda fiziki formasını bərpa edəcək və tezliklə oyunlara çıxacaq.
- Fatih Akyelin «Kocaelispor»a gəlişi bu komandanın müdafiəçiləri arasında rəqabəti artıracaqmı?
- Burada başqa güclü oyunçular da var. Fikrimcə, rəqabətin olması yaxşı haldır.
- Komandanız ikinci dövrəyə «Hacettepe» üzərində 4:0 hesablı qələbəylə başladı, lakin növbəti oyunda öz meydanınızda «Gənclərbirliyi»nə 0:2 hesabı ilə uduzdunuz.
- «Gənclərbirliyi» bizdən üstün idi. «Kocaelispor» sonadək mübarizə apardı. Birinci hissədə vurduğumuz top qapı tirinə dəydi. Əgər qol olsaydı, oyun da başqa cür alınacaqdı. İkinci hissədə də hücumlar etdik, rəqib isə bizi əks-hücumda yaxalayıb qol vurdu. Komandamız bu oyuna fiziki tərəfdən hazır deyildi, hücumlar məntiqi sonluqla tamamlanmırdı. Azarkeşlər də sağ olsun, bizi sonadək dəstəklədilər. Amma dediyim kimi, rəqib bizdən güclüydü, onlar dövrələrarası fasilədə yaxşı transferlər ediblər.
- Qarşıda sizi çempionatın lideri «Sivaspor»la ağır oyun gözləyir.
- Bizim durumuzmuz elədir ki, nəinki «Sivaspor», bütün komandalarla oyunlarda xal götürməliyik. Bildiyiniz kimi, «Sivasspor» çox güclü rəqibdir, bu gün fiziki tərəfdən Türkiyənin ən yaxşı klublarından sayılır. Böyük klublar üçün problem yaradan rəqibdir. Amma buna baxmayaraq, sonadək mübarizə aparıb «Sivasspor»dan xal xal almağa çalışacağıq.
 - «Koacelispor»da sizi yarıdalan şəraitdən razısınızmı?
- Bəli. Komandanın bazasında qalırıq, hərənin öz otağı var.
- Milli komandamız Özbəkistanla oyunda 1:1 hesablı heç-heçə etdi. Səncə, nəticə qanunauyğun oldumu?
- Oyunu görmədiyim üçün fikir bildirmək çətindir. Görünür, fasilədən qayıtdıqdan sonra futbolçuların fiziki mənada hələ hazır deyillər. Bizi Rusiya ilə ağır oyun gözləyir, ona görə də bu matça qədər problemin aradan qalxacağına inanıram.

Daha çox


Son xəbərlər