Elmir Əliyev: “Onların gəncəlı, hətta azərbaycanlı olmalarına da inanmıram”

Elmir Əliyev: “Onların gəncəlı, hətta azərbaycanlı olmalarına da inanmıram”
ÖLKƏ FUTBOLU 21 Sentyabr 2010 / 11:21 3358
-  A +

“Gəncə” Peşəkar Futbol klubunun prezidenti Elmir Əliyevin müsahibəsi

- Elmir müəllim, uzun fasilədən sonra “Gəncə” Peşəkar Futbol Klubu yenidən Unibank Premyer Liqasında mübarizə aparır. Çətin deyil ki?
- Bilirsiniz, həm çətindir, həm də şərəfli. Çətindir ona görə ki, 4 ilə yaxın bir müddətdə Azərbaycanın ikinci böyük şəhərində, futbolun beşiyi olan qədim Gəncədə idmanın bu növü fəaliyyətini dayandırmışdı. Onu yenidən ayağa qaldırmaq, bu müddət ərzində sürətlə inkişaf etmiş komandalar sırasına çıxarmaq, onlarla bərabər səviyyəli futbol nümayiş etdirmək o qədər də asan deyil. Amma klub rəhbərliyi hələ komanda birinci divizionda mübarizəyə başladığı dövrdən qələbə qazanmaq, elə birinci ildə də Premyer Liqaya vəsiqə qazanmağı qarşıya məqsəd qoymuşdu. Fuad İsmayılovun rəhbərliyi altında böyük mübarizələrdən keçən “Gəncə” çempionatı 1-ci yerdə qalib kimi başa vurdu və Premyer Liqaya yüksəldi. İndi komanda güclülər dəstəsində də baxımlı futbol sərgiləyir. Komandamız məğlubiyyəti olmayan 3 klubdan biridir. Arxada qalan oyunların əksəriyyətində “Gəncə” meydanı qalib tərk edə bilərdi. Lakin idman xoşbəxtliyinin biz tərəfdə olmaması buna mane oldu.
- Komandanın bu günkü durumunu necə qiymətləndirirsiz?
- Mən artıq qeyd etdim ki, çox mehriban və inamlı bir komanda yaratmışıq. Futbolçu və məşqçilər arasında olan qarşılıqlı hörmət, onların bir-biri ilə xoş münasıbəti hər oyuna böyük əzmlə çıxmağa imkan verir. Meydana bir vahid komanda olaraq çıxırıq. Futbolçuların qələbə əzmi ilə məşq etmələri, məşqçilərin tapşırıqlarına vaxtlı vaxtında əməl etmələri məni çox sevindirir. Komandada həm təcrübəli, həm də gənc futbolçuların olması mənə belə gəlir ki, Gəncə futbolunun yaxın vaxtlarda daha inkişaf edəcəyindən xəbər verir. Bir klub rəhbərliyi olaraq biz də komanda üçün lazım olan hər bir şəraiti yatarmağa çalışırıq.
- 5 oyun və 5 heç heçə. Buna fikriniz necədir?
- Bu futboldur. Top yumru, meydança isə düzdür. Təbii ki, hər bir komanda kimi “Gəncə” də meydana qələbə əzmi ilə çıxır. Amma həmişə hər şey bizim istədiyimiz kimi olmur. Son 3 oyunda biz qələbə qazanmağa daha yaxın idik. Lakin yuxarıda da qeyd etdim, həmin anlarda futbol xoşbəxtliyi bizim tərəfimizdə olmadı. Amma sizə deyim ki, bir il müddətində yaradılan komanda üçün bu da pis nəticə deyil. Biz bundan sonra da oyunlarda əzmkar oyunlarımızı davam etdirəcək, mükafatçılar sirasında olmaq üçün mübarizələrimizi davam etdirəcəyik.
- Artiq ikinci ildir ki, Gəncə klubunun prezidentiziniz. Bu muddətdə narazı qaldığınız nə isə olubmu?
- Biz komandanı formalaşdırmağa başlayanda kluba xeyli azarkeş dəstəyinin olacağını bilirdik. Çünki Gəncə futbolu sevir. 4 il müddətində futbolun olmaması bir qədər də bu idman növünə sanki aclıq yaradıb. Oyunlarımızı yetərincə azarkeşlər izləyir. Lakin onların arasında komandanı istəməyən, onun inkişafına mane olan qüvvələr mövcuddur. Oyunun nəticəsindən asılı olmayaraq “istefa” şüarlarının səsləndirilməsini heç cürə anlaya bilmirəm. Klubun heç bir məğlubiyyəti olmadığı halda, futbolçular gözəl oyun nümayiş etdirdikləri bir vaxtda “istefa” şüarları səsləndirmək, komandanı ruhdan salmaq yalniz Gəncə futbolunu sevməyənlərə yaraşır. Maraqlıdır, dünyanın ən tanınmış, titullu klubları özlərindən qat-qat zəif komandalara uduzurlar, heç-heçə oynayırlar. Onda onların azarkeşləri komandaya daha çox dəstək olurlar, futbolçuları ruhlandırırlar. Amma biz də isə əksinə. Bu bir anlaşılmaz paradoksdur. Mənə belə gəlir ki, bu kimi aksiyaları təşkil edənlər də, etdirənlər də Gəncə futbolunun inkişafını sevmirlər. Mən onların bir gəncəlı, hətta bir azərbaycanlı olmalarına da inanmıram. Amma bu kimi inasanlar öz bədxah əməlləri ilə bizim qələbə əzmimizi qıra bilməyəcək. Biz vahid bir komanda olaraq bundan sonra da daim qələbə əzmi ilə mübarizə aparacaq, hər zaman düzgün yol tutduğumuzu, Gəncəni onlardan qat-qat çox istədiyimizi sübut etməyə çalışacağıq. Mən hər zaman Gəncə futbolunu sevən, komandaya əsl dəstək olan azarkeşlərimizə öz minnətdarlığımı bildirirəm və onları bundan sonra doğma komandalarını dəstəkləməyə çağırıram.

“Gəncə” PFK-nın rəsmi saytı

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki