Mario Souza “İnter”ə keçidinin səbəblərini açıqladı

Mario Souza “İnter”ə keçidinin səbəblərini açıqladı
XƏBƏR 20 Sentyabr 2010 / 15:43 2030
-  A +

“Mən bu hadisəyə bir mənalı baxmıram. “Xəzər Lənkəran” məni istəmədi. Dedilər ki, artıq səninlə yollarımızı ayırmaq istəyirik. Ancaq mənim onlarla bir illik müqaviləm var idi. Bundan əlavə “Xəzər Lənkaran” mənə çoxlu pul vermək istəmədi. Mən həyatımda pula görə oynamıram, amma bu mənə pis təsir etdi”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qafqazinfo”ya açıqlamasında “İnter”in futbolçusu Mario Souza söyləyib.
Çıxılmaz vəziyyətdə qaldığını və bu cür hadisəylə ilk dəfə üzləşdiyini deyən braziliyalı yarımmüdafiəçi “İnter”ə keçidi haqda danışıb: “Məni bu vəziyyətdən “İnter”in baş məşqçisi qurtardı. “İnter” rəhbərliyi mənimlə danışıqlar apardı. Həmçinin mənə “hər şey yaxşı olacaq” dedilər. Mənə köməkliyinə görə “İnter”in prezidentinə və baş məşqçisinə minnətdaram”.
Qeyd edək ki, Souza bu yay “Xəzər Lənkəran”dan “İnter”ə transfer olub.


Son xəbərlər