Mahir Şükürovun son oyununa qiymət verildi

Mahir Şükürovun son oyununa qiymət verildi
XƏBƏR 20 Sentyabr 2010 / 14:12 2096
-  A +

Millimizin üzvü Mahir Şükürovun Rusiya Premyer Liqasının son turundakı çıxışına qiymət verilib. Qol.Az-ın məlumatına görə, qonşu ölkənin nüfuzlu “Sport-Ekspress” qəzeti “Anji”nin “Rubin”lə ev oyununda ilk dəqiqələrdən meydanda olan futbolçumuzun çıxışını 5,5 balla qiymətləndirib. Mahaçqala klubunun ən yaxşı oyunçusu isə kapitan Rasim Tahirbəyov seçilib. O, hamıdan yüksək qiymət alıb – 6 bal.
Qeyd edək ki, “Anji” son iki ilin ölkə çempionu olan “Rubin”lə oyunda türkiyəli legioner Gökdəniz Karadenizin 90+3-cü dəqiqədə vurduğu yeganə qol sayəsində məğlub olub. Şükürov isə matçın 85-ci dəqiqəsində Dmitri İvanovla əvəzlənib.


Son xəbərlər