Portuqaliya yığmasına Paulo Bento rəhbərlik edəcək

Portuqaliya yığmasına Paulo Bento rəhbərlik edəcək
XƏBƏR 20 Sentyabr 2010 / 13:39 1663
-  A +

Portuqaliya yığmasında Karlos Keyruşun istefasından sonra boşalan baş məşqçi postuna “Sportinq”in sabiq çalışdırıcısı Paulo Bento gətiriləcək. Qol.Az-ın məlumatına görə, bu haqda “Marka” qəzeti xəbər yayıb. AÇ-2012-nin seçmə mərhələsinin gələn ay baş tutacaq iki oyunu üçün Madrid “Real”ının çalışdırıcısı Joze Mourinyo ilə anlaşmaq istəyən, lakin ispanlardan müsbət cavab ala bilməyən Portuqaliya Futbol Federasiyasının rəsmiləri nəticədə Bento ile 1 illik ilkin razılaşma əldə edib. Yaxın günlərdə onun rəsmi müqaviləyə imza atması gözlənilir.
Qeyd edək ki, Paulo Bento 2005-2009 illər aralığında Lissabon “Sportinq”inin sükanı arxasında çalışıb. Portuqaliya millisi isə cari seçmə tsikldə Kiprlə evdə 4-4 hesablı bərabərə qalarkən, Norveçə də minimal hesabla məğlub olmuşdu. Qarşıda isə Kriştiano Ronaldonun komandasını Danimarka və İslandiya ilə oyunlar gözləyir.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki