Top "İnter"in kapitanını xəstəxanalıq etdi

Top "İnter"in kapitanını xəstəxanalıq etdi
XƏBƏR 20 Sentyabr 2010 / 13:10 1730
-  A +

İtaliyanın "İnter"inin klubunun kapitanı olan argentinalı futbolçu Xavyer Zanetti xəstəxanaya düşüb. Qol.Az-ın məlumatına görə, İtaliya çempionatının son turunda "Palermo" ilə qarşılaşmada qarnından top zərbəsi alan futbolçu nəfəs almaqda belə çətinlik çəkib. Nəticədə oyunu davam etdirə bilməyən futbolçu dərhal xəstəxanaya çatdırılıb. Lakin Zanettidə ciddi zədə aşkar etməyiblər.
Qeyd edək ki, Zanettinin zədələndiyi oyunda “İnter” rəqibini 2:1 hesabı ilə məğlub edib. Milan təmsilçisinin heyətində hər iki qola kamerunlu Samuel Eto'O imza atıb.


Son xəbərlər