Lionel Messi ən azı iki həftəlik sıradan çıxdı

Lionel Messi ən azı iki həftəlik sıradan çıxdı
DÜNYA FUTBOLU 20 Sentyabr 2010 / 13:01 2312
-  A +

“Barselona”nın ulduz oyunçusu Lionel Messi ən azı iki həftə yaşıl meydanlardan kənar qalacaq. Qol.Az-ın məlumatına görə, buna onun Madrid “Atletiko”su ilə son turun səfər qarşılaşmasında rəqib oyunçu Tomas Uyfaluşi ilə mübarizə zamanı biləyindən zədə alması səbəb olub. Qeyd edək ki, bu hərəkətinə görə, Uyfaluşi birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Öncə Messinin biləyinin qırıldığı və daha uzun müddət forma geyə bilməyəcəyi gözlənilsə də, həkim müayinəsindən sonra onun həsrətinin uzaqbaşı 2 həftə çəkəcəyi məlum olub.
Hazırda onun qarşıdakı “Sportinq”, “Athletik”, “Malaqa” və “Rubin”lə oyunlarda forma geyməsi inandırıcı görünmür.


Son xəbərlər