Mahir Şükürov oynadı, komandası “Rubin”ə məğlub oldu

Mahir Şükürov oynadı, komandası “Rubin”ə məğlub oldu
XƏBƏR 20 Sentyabr 2010 / 12:15 1801
-  A +

Rusiya Premyer Liqasında növbəti turun oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, millimizin üzvü Mahir Şükürovun şərəfini qoruduğu “Anji” “Rubin”i qəbul edib. Qarşılaşmada uzun müddət hesab açılmasa da, matçın əlavə dəqiqələrində, bir qədər də dəqiqləşdirsək, 90+3-cü dəqiqədə “Rubin”in türkiyəli legioneri Gökdəniz Karadənizin vurduğu qol Mahaçqala təmsilçisinin məğlubiyyəti ilə nəticələnib. Meydan sahiblərinin baş məşqçisi Hacı Hacıyev son iki ildə ölkə çempionu olan Kazan təmsilçisi ilə qarşılaşmada müdafiəçimizə şans versə də, buraxılan qol onun meydanda olduğu dəqiqələrə təsadüf etməyib. Çünki ilk dəqiqələrdən mübarizə aparan həmyerlimiz görüşün 85-ci dəqiqəsində Dmitri İvanovla əvəzlənib.


Son xəbərlər